Yaralanmış qazilərimizin protezlərlə təminatı davam edir
    • 15-02-2021, 16:59
    • 498

Yaralanmış qazilərimizin protezlərlə təminatı davam edir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış, reabilitasiya vasitələrinə ehtiyacı olan qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını həyata keçirir.

News24.az-ın bu protezlər Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində dünyanın məhşur protez istehsalçıları ilə əməkdaşlıq şəraitində qurulan sexdə hazırlanır. Həmin reabilitasiya vasitələri yüksək funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam, daha dəqiq tənzimlənməsinə imkan verir, sabit, təhlükəsiz və inamlı hərəkəti təmin edir.

Təqdim edilən bu videoçarxda qələbəmizin qəhrəmanlarından olan Əliyev Rəşad Amin oğlunun bu günlərdə yüksək texnologiyalı protezlərlə təmin edilməsi prosesi əksini tapıb. Döyüşlərdə ağır yaralanaraq ayağını itirən Rəşad bu reabilitasiya vasitəsi ilə artıq sərbəst şəkildə addımlamaq, rahat hərəkət imkanına malikdir.