Qazimiz sosial ödənişlərlə və yüksək texnologiyalı protezlə təmin olunacaq
    • 29-01-2021, 14:22
    • 649

Qazimiz sosial ödənişlərlə və yüksək texnologiyalı protezlə təmin olunacaq

Tarixi Zəfərimizin qəhrəmanlarından biri olan Kazımov Ziya Ağami oğlunun da sosial dəstəklə təmin olunması üçün işlər aparılır. Ziya Vətən müharibəsində ağır yaralanaraq sağ ayağını itirib.

News24.az xəbər verir ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona yaxın günlərdə əlillik və aylıq sosial ödənişlər təyin olunacaq.

Həmçinin əlillik dərəcəsinə uyğun məbləğdə birdəfəlik sığorta ödənişi veriləcək. Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb. Bu məqsədlə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Ziyanın ilkin müayinəsi aparılıb, zəruri ölçülər götürülüb. Müəyyən hazırlıq müddətindən sonra o, yüksək texnologiyalı protezlə təmin ediləcək.