Şirniyyat evinin rəhbəri məsuliyyətə cəlb olundu
    • 15-02-2021, 17:38
    • 572

Şirniyyat evinin rəhbəri məsuliyyətə cəlb olundu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Qızıl Qaya 2017" MMC-yə məxsus "Tural" şirniyyat evində yoxlama keçirilib.

Bu barədə News24.az-a Agentlikdən bildirilib. Verilən məlumata görə, yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.