Fiziki məhdudiyyətli şəxslərin vaksinasiyası evlərində aparılır
    • 17-02-2021, 12:20
    • 530

Fiziki məhdudiyyətli şəxslərin vaksinasiyası evlərində aparılır

"2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində Respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilməkdədir.