Görün nə oğurladılar
    • 17-02-2021, 12:30
    • 346

Görün nə oğurladılar

Bakıda avtomobil avadanlıqlarını oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar. Araşdırma zamanı onların əsasən “Mersedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub. R.Süleymanov və Ş.Əlicanov ifadələrində Yasamal rayonu ilə yanaşı, paytaxtın digər ərazilərində də oxşar oğurluqlar etdiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” ZəngMərkəzinə məlumat verə bilərlər, deyə DİN-in məlumatında bildirilib.