Rusiyada ilk dəfə insanın quş qripinə YOLUXMASI AŞKARLANDI
    • 20-02-2021, 16:33
    • 522

Rusiyada ilk dəfə insanın quş qripinə YOLUXMASI AŞKARLANDI

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova "Rossiya 24" kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Vektor mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında quş qripinin yeni A(H5N8) növünü aşkarlayıblar.

A. Popova quş qripinə yoluxan şəxslərin özlərini yaxşı hiss etdiklərini qeyd edib: "Hələlik quş qripinin insandan insana keçməsi halı qeydə alınmayıb", - deyə o vurğulayıb. /apa.az