Bir gündə 10 mindən çox yoluxma - QEYDƏ ALINDI

Bir gündə 10 mindən çox yoluxma - QEYDƏ ALINDI Dünya
Rusiyada son bir gündə 10 mindən çox insana koronavirus diaqnozu qoyulub.

News24.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb.
Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib. Ölkədə virusdan ölənlərin sayı isə 58 nəfər artaraq 1280-ə yüksəlib.

Ən çox yoluxma halı Tatarıstan, Başqırdıstan və Leninqrad bölgəsində qeydə alınıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 16026 nəfər sağalıb.