Qara görə FHN-in press-turu təxirə salındı
    • 24-02-2021, 09:58
    • 339

Qara görə FHN-in press-turu təxirə salındı

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə press-tur təxirə salınıb.

News24.az xəbər verir ki, nazirlik tədbiri jurnalistlərin tədbiri işıqlandırmaqda çətinlik çəkəcəyinə görə təxirə salıb.

Qeyd edək ki, bu gün FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə press-tur təşkil ediləcəkdi. Tədbirin saat 11:30-da başlaması nəzərdə tutulmuşdu.