-
- 24-02-2021, 17:11
- 433
“Qarda maşın sürə bilməyənlər ümumiyyətlə yola çıxmasınlar”
DİN Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava ilə bağlı sürücülərə daha bir müraciət ünvanlayıb.
BDYPİ-dən News24.az-a verilən məlumata görə, respublikanın bir çox ərazilərində, o cümlədən paytaxt Bakıda dünən axşamdan başlayan qarlı, küləkli hava şəraiti və bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərdə qalmalarına səbəb olub: “Odur ki, bü cür hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək vərdişləri olmayan sürücülər ümumiyyətlə yola çıxmasınlar ki, özləri və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.
Eyni zamanda, hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. Yollarda hərəkət zamanı sürət həddi minimuma endirilməklə elə ara məsafəsi saxlanılmalıdır ki, qarşıdakı avtomobil dayandıqda və ya sürüşdükdə toqquşmadan yayınmaq mümkün olsun”.