-
- 24-02-2021, 17:26
- 489
"Sürücülər buzun üstündə manevrlər edirlər"
"Qəzalara səbəb sürücülərin səristəsizliyidir. Çox arzu edərdim ki, belə havalarda yalnız səriştəli sürücülərsükan arxasında otursunlar. Çünki onlar yollarda ciddi maneələr yaradırlar və bu maneələr də qəzalarla nəticələnir. Sükan arxasında oturan sürücülər müəyyən manevrlər edirlər ki, o da bu havaya yaramır."
Bu sözləri News24.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov yollarda yetəri qədər təmizlənmə prosesinin həyata keçirildiyini bildirib və şaxta olduğu səbəbindən yollar tez buzlaşır: "Sürücülərdən bu havalarda ehtiyatlı olmağı xahiş edir, öz həyatları ilə bərabər sevdiklərinin və digər vətəndaşların həyatlarını təhlükəyə atmamağı tövsiyə edirəm".