-
- 24-02-2021, 16:31
- 378
Bakıda 30 yol-nəqliyyat hadisəsi baş verib - Vaqif Əsədov açıqladı
Gecədən bu saata qədər Bakıda 30 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə News24.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub: "Qəzalara səbəb sürücülərin səristəsizliyidir. Çox arzu edərdim ki, belə havalarda yalnız səriştəli sürücülərsükan arxasında otursunlar. Çünki onlar yollarda ciddi maneələr yaradırlar və bu maneələr də qəzalarla nəticələnir. Sükan arxasında oturan sürücülər müəyyən manevrlər edirlər ki, o da bu havaya yaramır. Yoxsa yollarda hansısa bir problem yoxdur və hər kəs öz işini görür. Yetəri qədər təmizlənmə prosesi də həyata keçirilir, amma şaxta olduğu səbəbindən yollar buzlaşır. Sürücülərdən bu havalarda ehtiyatlı olmağı xahiş edir, öz həyatları ilə bərabər sevdiklərinin və digər vətəndaşların həyatlarını təhlükəyə atmamağı tövsiyə edirəm".