Ötən həftə itkin düşən şəhid anası Bakıda tapıldı
    • 25-02-2021, 12:41
    • 401

Ötən həftə itkin düşən şəhid anası Bakıda tapıldı

Beyləqanda bir həftə əvvəl itkin düşmüş Adilə Nəsirova tapılıb.

Bu barədə qadının oğlu Tərlan Əliyev məlumat verib.

O bildirib ki, anası rayondan gələrək paytaxtın Yasamal rayonunda kirayə evə köçüb. Evdən getməyinin səbəbi isə bir müddət hər kəsdən uzaqlaşmaq istəməsi olub.

Qeyd edək ki, Beyləqan rayonunun Gödəklər kəndində yaşayan 67 yaşlı A. Nəsirovanın oğlu Əliyev Rövşən Yaqub oğlu 1994-cü ildə şəhid olub. /APA/