Goranboyda itkin düşən 4 uşaq anası tapıldı
    • 23-07-2018, 17:44
    • 1 003

Goranboyda itkin düşən 4 uşaq anası tapıldı

Goranboy rayonunda itkin düşən qadın tapılıb.

News24.az xəbər verir ki, bir müddət əvvəl Səfikürd kəndində yaşadığı evdən çıxaraq itkin düşmüş qadın tapılıb. Belə ki, 1995-ci il təvəllüdlü Əzizova Elvira İmran qızı 11 gün əvvəl 4 uşağını evində qoyaraq naməlum istiqamətə gedib. 


Aparılan axtarışlar nəticəsində o, Göygöl rayonunda tapılaraq ailələsinə təhvil verilib. 
//Report