Səudiyyənin XİN başçısı: “Camal Qaşıqçı hadisəsinə oxşar olay bir daha baş verməyəcək"
    • 23-10-2018, 11:43
    • 1 088

Səudiyyənin XİN başçısı: “Camal Qaşıqçı hadisəsinə oxşar olay bir daha baş verməyəcək"

"News24.az" “Haber7”yə istindən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İndoneziyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, jurnalistin ölümünə görə məsuliyyət daşıyanlar mütləq cəzalandırlacaqlar: “Biz əhatli istintaq aparır, hadisənin aydınlaşması üçün fəaliyyət göstəririk”.

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.
Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də C.Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də telefonla bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

Report.az