Azyaşlı qızını digər övladının müalicəsini ödəmək üçün satdı
    • 27-02-2021, 11:59
    • 609

Azyaşlı qızını digər övladının müalicəsini ödəmək üçün satdı

Hindistanda valideynlər on iki yaşlı qızlarını böyük övladlarının müalicəsinin ödəyə bilmək üçün 46 yaşlı kişiyə satıblar.

News24.az xəbər verir ki, bu barədə "Times of İndia" məlumat yayıb. Bildirilib ki, azyaşlı uzun zamandır onunla evlənmək istəyən qonşusuna 10 min rupi qarşılığında satılıb. 

Toydan dərhal sonra kişi qızı qohumlarının evinə aparıb. 

Evdən uşağın qışqırıqlarını və ağlamalarını eşidən qonşular kömək üçün səlahiyyətli orqanlara üz tutublar.

Polis həmin şəxsə qarşı cinayət işi açıb.