-
- 23-10-2018, 13:03
- 1 024
Rəcəb Tayyib Ərdoğanla Devlet Bahçelinin yaratdığı ittifaq dağıldı
“Bizim ittifaqdan gözləyəcəyimiz heç nə qalmayıb”.
Bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli qrup toplantısında bildirib.
Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası ilə qurduqları “Cümhur ittifaqı”nın fəaliyyəti başa çatıb.
Partiya lideri 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə öz namizədləri və emblemləri ilə qatılacaqlarını vurğulayıb.
Qeyd edək ki, “Cümhur ittifaqı” Türkiyədə keçirilən parlament və prezident seçkiləri zamanı Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında qurulmuşdu.
Ötən gün iki partiya arasında İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılıq əldə edilmədiyindən “ittifaq”ın dağıldığı ehtimal olunur.
//report