Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.