21 milyon VPN istifadəçisinin məlumatı internetə sızdı
    • 1-03-2021, 11:38
    • 578

21 milyon VPN istifadəçisinin məlumatı internetə sızdı

Android platformasında pulsuz VPN xidmətlərindən yararlanan 21 milyon istifadəçinin məlumatları internetə sızıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət SuperVPN, GeckoVPN və ChatVPN tətbiqetmələrindən gedir.

Kölgə forumlarında bu proqramları işlədənlərin e-poçt ünvanları, şifrələri və istifadəçi adları, seriya nömrələri, telefon növləri, markaları haqqında məlumatlardan ibarət üç arxiv satışa çıxarılıb.

Eyni zamanda SuperVPN müştərilərinin məlumatları artıq ötən yaydan ictimaiyyət üçün açıq olub.