DİQQƏT! Təhlükə var - Oğurlanmış Facebook hesabları satışa çıxarılıb
    • 3-10-2018, 10:50
    • 1 119

DİQQƏT! Təhlükə var - Oğurlanmış Facebook hesabları satışa çıxarılıb

2018-ci il 25 sentyabrda Facebook sosial şəbəkəsi xaker hücumuna məruz qalmışdı və 50 milyon izləyicinin hesabı oğurlanmışdı.
News24.az xəbər verir ki, oğurlanmış hesablar "dark web' üzərindən bir ədədi 3-12 dollardan satışa çıxarılıb. Ödənişlər bitcoin ve bitcoin cash ilə həyata keçirilir. 
Oğurlanan məlumatların ümumilikdə 150-600 milyon dollar dəyərə malik olduğu bildirilir. 
Satılan hesablarda hesabın aid olduğu şəxsin bütün özəl yazışmaları, fotoları və digər şəxsi məlumatları yer alır.