Putinlə Ərdoğan arasında telekonfrans olacaq
    • 1-03-2021, 13:47
    • 582

Putinlə Ərdoğan arasında telekonfrans olacaq

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında "Akkuyu" AES-in üçüncü blokunun inşasına başlanılması münasibətilə telekonfransın hazırlandığını təsdiqləyib.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, D.Peskov "Akkuyu" AES-in üçüncü blokunun əsas tikinti mərhələsinin başlanğıcını qeyd etmək üçün mərasimin hazırlandığını bildirib:"Prezident Ərdoğan ilə Prezident Putin arasında bu inşaatın başlaması münasibətilə telekonfrans təşkil etməklə bağlı işlər aparılır". 

Dmitri Peskov bildirib ki, dövlət başçılarıar.  "Akkuyu" mövzusu xaricində başqa bir əhəmiyyətli danışıqlar planlaşdırmırlar.