-
- 1-03-2021, 18:54
- 352
Dövlət qurumlarında ezamiyyəyə dair tələb MÜƏYYƏNLƏŞDİ
Dövlət qurumlarında ezamiyyəyə dair tələb müəyyənləşib.
News24.az-ın məlumatına görə, bu Maliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişiklikdə əksini tapıb.
Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Dəyişikliyə əsasən, artıq Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin ediləcək.
Eyni zamanda, dəyişikliyə görə, bundan sonra mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödəniləcək.