"İnamımı itirməyə qoymayan ən mükəmməl insan..." - LEYLA QULİYEVA
    • 2-03-2021, 11:15
    • 902

"İnamımı itirməyə qoymayan ən mükəmməl insan..." - LEYLA QULİYEVA

Teleaparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə fotosunu paylaşıb.

News24.az xəbər verir ki, o, "İnstagram"da yerləşdirdiyi şəkillə anasının ad gününü təbrik edib: "Həyatımın ən adamı. Ömrümün baharı. Dünyaya, insanlığa inamımı itirməyə qoymayan ən mükəmməl insan. Kaş mən də məhz sənin kimi ana olmağı bacarardım. Sənin övladın olduğum üçün ömrümün son dəqiqəsinə qədər Allahıma şükür edəcəyəm. Mənim müəllimim, tənqidçim, dostum və uğur rəmzim, həyatının yeni ili mübarək".

Sevda Bayramova