-
- 2-03-2021, 16:17
- 1 289
"Həbsxana həyatı böyük sarsıntıdır" - Təranə Səmədova bunları İLK DƏFƏ DANIŞIR - VİDEOMÜSAHİBƏ
Hər bir qadın olduğu yerdə, xanımlıq kürsüsündə qalmaq və xoşbəxt, hüzur dolu bir həyat keçirmək arzusunu qurur. O da zamanla qadın kimi xoşbəxt olmaq, ailəsinin, evinin xanımı olmaq xəyalını canlandırıb beynində. Atdığı addımlarımmı, ətrafınınmı, ya da düzgün dost seçə, doğru insana ülvi hisslər bəsləməməsi həyatını çətinləşdirib, qurduğu arzulardan fərqli olub yaşamı. Amma nə sevgidə aldığı zərbələr, nə də həbs həyatı onu sındıra bilməyib. İndi qız övladını böyüdür və zamanla qurduğu arzuların övladının həyatında gerçək olmasını diləyir.
Prodüser Təranə Səmədovadır News24.az-ın bu dəfəki həmsöhbəti. Müsahibimiz söhbət əsnasında həyatının bir çox məqamlarından, elə atdığı yanlış addımları da açıq şəkildə etiraf etdi.
Müsahibəni təqdim edirik:
- Salam, xoş gördük sizi. Necəsiniz?
- Şükür Allaha, deyəsən yaxşıyam.
- Niyə deyəsən?
- Ötən 2020-ci ildən sonra inanmıram ki, kimsə ürəkdən yaxşıyam deyə bilsin. Ona görə də deyəsən yaxşıyam. Daha doğrusu yaxşı olmağa çalışıram.
- Pandemiya dövründə qazancınız haradandır?
- Tamamilə işsiz qalmadım, amma mən də çətinlik çəkdim. Bir neçə ay 190 manat yardım aldım. Daha sonra isə bir neçə marketinq işləri gördüm.
- Hazırda nə işlərlə məşğulsunuz?
- Yeni bir müğənniylə çalışmağa başlayacağam. Hələ tanınmır, amma yaradıcılığını bəyənirəm. Ümumiyyətlə, mən ifaçını 0-dan qaldırıb peşəkar müğənni eləməyə çalışıram. İndiyə qədər də işlədiyim bütün müğənniləri ilk addımlarından qaldırıb professional səhnəyə gətirmişəm. Həmişə yaxşı işlərlə fərqlənməyə çalışmışam. Amma bundan əlavə hazırda televiziya və kino sahəsində prodüser kimi çalışıram.
- Ayrıldığınız bütün müğənnilərlə küsülüsünüz?
- Çox təəssüf ki, bəli. İlk çalışdığım müğənni Günel Ələkbərova olub. O dönəmlərdə hər kəs Güneli Aygün Kazımovaya bənzədirdi. Səsi, hərəkətləri, yəni hər bir şeyi ilə sanki Aygün Kazımovanın kopiyası idi. Mən də istədim elə bir layihə olsun ki, həm çox səs-küyə səbəb olsun, həm də Günelin üstündən Aygün Kazımova adı götürülsün. Mərhum rejissor Şahin Z.Z ilə bir araya gəlib Günelə maraqlı bir klip çəkdik. Orda da Günel pişiyə çevrilir. Elə o gün, bu gün hər kəs Güneli “pişik Günel” kimi tanıyır. Deməli, mənim işim səs-küyə səbəb ola bildi. Düzdür, indi Günellə danışmırıq, amma yenə də çalışqanlığını danmaq olmaz. Onun xarakterini çox sevirdim, amma müəyyən axsayan cəhətləri görəndən sonra kənara çəkildim. Daha sonra Kərim Abbasovla işlədim. Onun da o dövrlərdə “Bağışla məni”, “Salam ey əziz vətən”, “Sorma” kimi bir çox layihələrin müəllifi mən olmuşam. Ondan sonra Rəqsanə İsmayılova ilə çalışmağa başladım. Onun da yaradıcılığında böyük rolum olub. Bir il ərzində altı klipinin prodüseri mən oldum. Daha sonra “Şəfa” stadionunda, Sankt-Peterburqun “Buzlu sarayı”ında, Moskvada “Kreml sarayı”nda keçirilən konsertlərini mən təşkil etmişəm. Rəqsanədən sonra Nuriyyə Əhmədova ilə birlikdə Günay İbrahimli ilə fəaliyyətə başladım və onu sıfırdan yüksəklərə qaldırdıq. İnanın ki, arada özüm-özümdə günah axtarıram ki, niyə belə olur? Amma cavabını tapa bilmirəm. İşlərimdə qüsur tapmıram, onlara verdiyim dəyər və münasibətdə səhv tapıram. Gərək, müğənniylə çox səmimi olmayasan. Onunla qəti şəkildə yaxın münasibət qurmamalısan. Bu insana mənfi təsir göstərir. Çünki qarşı tərəfdən sayqısızlıq görürsən.
- Niyə qalmaqallı prodüser kimi tanınırsınız? Yaddaşlarda layihələrinizdən daha çox söz-söhbətləriniz qalıb...
- İnanın ki, arada sosial şəbəkələrdə yazılan rəyləri oxuyub dəliyə dönürəm. Yazırlar bu nə edib ki, siz onu işiqlandırırsınız? Bunları görəndə anlayıram ki, illərlə gördüyüm işlər, zəhmətim kölgədə qalıb. Bu mənə çox ağır gəlir. Çünki, gördüyüm işlərlə irəliyə doğru getdikçə, ayağımdan dartanlar da çox oldu. Görünür nə qədər açıqsözlü olsan, bir o qədər də insanların gözündə “həyasız”, qalmaqallı olursan. Amma inanın ki, bu qədər iş görməyimə baxmayaraq ancaq “Bacanaqlar” serialından, bir də içkili halda polislərin məni saxladığı görüntülərlə yadda qalmışam. Bir dəfə Gəncəyə Qurdun konsertinə getmişdik, orda da məşhur müğənnilər iştirak edirdi. Roza Zərgərli, Qurd, Nuray Məhərov, Elnar Xəlilov orda idi, amma balaca uşaqlar mənim üstümə qaçdılar. Hər kəs Dilşad, Dilşad çağıra-çağıra yanıma gəldilər. Müğənnilər bu münasibətə çox təəccüblənmişdilər. (gülür) Amma o içkili görüntülərim hər yerdə səs salmışdı. Bəziləri haqq qazandırdı, digərləri isə təhqirlərimə görə məni söyürdü. İzah edə bilmirdim ki, o an sərxoş və əsəbi idim. Bəs, mənim gördüyüm o qədər işlər nə oldu? Niyə insanlar heç birini xatırlamır? Bu insanların psixologiyasından irəli gəlir. Görəsən Rasim Balayevin, Alim Qasımovun, Mənsum İbrahimovun, Fəxrəddin Manafovun “İnstagram”da nə qədər izləyicisi var? Bəlkə də heç 100.000 olmaz. Amma özünə extrasens, fenomen deyənlərin, açıq-saçıq qızların videolarına gələn baxış sayı milyona çatır. Hazırda Bayram Nurlu olmaq lazımdır. O, donlar geyinir. Olmaz belə. Sən kişi cildində dünyaya gəlmisən. Seç LGBT-ni və o yolla get, donunu geyin. Nəinki belə. Biz onsuz da sənin nədən danışdığını bilirik, amma bunu bu qədər açıq şəkildə göstərməyin ələyhinəyəm.
- Az öncə Rəqsanə İsmayılova və Kərim Abbasovdan danışdınız. Sizə olan borclarını ödədilərmi?
- Xeyr. Yalnız Kərim bir hissəsini ödəyib. İndi mənə 8600 manat borcu qalıb, amma qaytarmır. Bilirsiniz, pul mənim üçün əl çirkidir, dünya malı elə dünyada qalacaq. Pula, vara-dövlətə görə şəxsiyyətini alçaldan insanlardan uzağam. Sabah üz-üzə gələndə heç olmasa o quru salamı vermək istəyirsənsə, o borcu ödə. O, pula görə hələ də evim təmirsiz vəziyyətdədir. Rəqsanənin hazırda Azərbaycanın yarısından çoxuna borcu var. Nə qədər insanların haqqını, nəfsini yeyib. İndi villa göstərməklə nə əldə edəcəksən? Əksinə, bəd-dua sahibi olacaq. Halallaş, desinlər ki, hər şeyin ən yaxşısına layiqdir. İnanın ki, həyatda heç vaxt, heç nəyə görə peşiman olmamışam.
- Bəs, Kərim Abbasovla ailə həyatı qurduğunuza görə peşimansınız?
- Yox.
- Amma siz dəfələrlə mətbuatda keçmiş həyat yoldaşınızın pis vərdişləri ilə bağlı sərt açıqlamalar vermisiniz. Ailə həyatı quranda onun yaşayış tərzi haqda məlumatınız yox idi?
- Müəyyən şeyləri bilirdim, amma bir gün anamın yanına gəlib dedi ki, tövbə elədim. Çünki, o dönəmlərdə o yolun yolçularından birinin evinə, Şəkiyə mebellər daşınmışdı. Onda o məşhur sima Kərimə yaxınlıq göstərmək istəyəndə, dedi ki, mən tövbəliyəm. Yəni, o dərəcədə bizi inandıra bilmişdi. Həmin o məşhur sima indi hər yerdə haqqımda danışır ki, mən çox təhlükəliyəm, amma elə burdan ona səslənirəm ki, mənim barəmdə heç nə danışma, Sus! Çünki, mən sənin adını heç yerdə açıqlamamışam.
- Anasının vəfatıyla bağlı Kərim Abbasova baş sağlığı verdinizmi?
- Yox. Çünki, heç yerdə qarşılaşmamışıq, amma nə yalan deyim, anasının ölümünə görə çox pis oldum. İllər öncə keçmiş qaynanamla aramızda çox böyük konflikt yaşanmışdı. Ona dedim ki, əcəl ayağında olub məndən halallıq istəsən belə verməyəcəm. Amma dediyim kimi, ölümünə üzüldüm.
- Rəqsanə İsmayılovanı da bağışlamırsınız?
- Danışanda pis adam oluram. (gülür). Əsgərlərə “Niva”, “07” hədiyyə olunmalıydı nə oldu? O, uşağa maşın bağışlanasıydı, şəxsən özüm “666” avtomobil nömrəsini ona hədiyyə edəcəkdim. Susdum, susdum, gördüm ki, bu da Hüseyn Dəryanın başdaşı mövzusuna döndü. Mən də ondan-bundan pul yığıb özümü reklam edib yardımlar edə bilərdim, amma eləmədim. Sadəcə olaraq mənim hazırda borcum olduğuna görə, o borc sahibləri elə düşünəcəklər ki, bu pulu özüm üçün götürürəm, sonra da bütün günü dava-qırğın olacaqdı. O stressi, gərginliyi yaşamamaq üçün kənarda durdum.
- Təranə Səmədova bir az geriyə, həbsxana həyatına baxanda nəyi görür, nələri görmək istəmir?
- O həyatı hər kəs sona qədər daşıya bilməz. Kimisi intihar edər, kimisi də mənən sınar. Amma mən mənəvi gücləndim. Oranı da getdim gördüm. Həbsxanada da mənə qarşı çox hörmətçil idilər. Yalnız bir xanımla haqsızlıq götürmədiyimə görə çox böyük qalmaqal yaşadım. Onu hər kəs çox gözəl tanıyır. Sevgilisini öldürən Günel Hüseynova. Kamerada bir xanımın həyat yoldaşının nömrəsini axtarırdı. Niyə də, niyə? Bu nə dərəcədə ağla sığan bir şeydir? İlk görüşdə onu çox bəyənmişdim, gözəl xanımdır. Heç inanmazdım ki, o kimisə öldürə bilər. Amma tanıdıqça anladım ki, qızda o qədər hikkə var ki, o, bir də olsa bir daha öldürər. Düzdür, orda çox qalmayacağamı bilirdim, amma o soyuqluğu çox hiss edirdim.
- Qorxurdunuz?
- O qorxu yox, böyük sarsıntıdır. Özümü çox çökmüş hiss edirdim. Bunu bilənlər çox gözəl bilirlər ki, mənə qarşı oyun quruldu. Üzümə duran xanım stomatoloquma and içir ki, elə şey olmayıb. Bir yerdə çörək kəstiyimiz, əlimlə yedizdirdiyim insan gəldi polisdə üzümə durdu. Tutulmamışdan üç gün öncə dedim ki, heç olmasa şikayətini geri çək, amma eləmədi. Dedi bunu eləsəm özümü tutduracaqlar. Yəni ki, dediyim kimi mənə qarşı çox böyük oyun quruldu, hətta dedilər ki, sən tutulmayacaqsan, amma nəticə göz qabağındadır. May ayında məndən şikayət olunub, amma iyulda tanıdığım insan ora şahid kimi dəvət olunub. Qarşısını almağa çalışanda, dedilər ki, istintaqa mane olduğuna görə səni 48 saatlıq həbs edəcəyik və elə də oldu.
- Həbsxanada ən çox qızınız üçün darıxırdınız?
- Bəli. Anam və qızım üçün çox darıxırdım, amma onları tez-tez görürdüm. İnanın ki, həbsxanada elə analar var idi ki, övladlarından vəziyyətlərini gizlədirdilər, amma mən heç vaxt elə şey eləmədim. Suel ilk gündən hər şeyi bilirdi. Qızım sağlam düşüncəli, normal insandır. Hətta istintaq zamanı ən böyük təsəlli verənim məhz qızım olub. Bir dəfə mağazaya getdik, gördüm ki, hər kəs pis-pis mənə baxır. Çox sıxıldım, utandım, amma Suel inanın ki, heç bir neqativ reaksiya vermədi. Əksinə mənə çox dəstək oldu. Dedi ki, “ana, sən nələrdən keçməmisən ki, bundan da keçəcəksən”. Mən Suelin həm anası, həm də atası olmuşam. Amma həbsxanada olanda atasından çox incimişdim. Çünki o dönəmlərdə Suelin bir valideynə ehtiyacı var idi. Heç olmasa bir dəfə də olsa maraqlanmalıydı. Yalnız onun dostu anamgilə, Suelə dəyməyə gəlmişdi. O da tanınmış simadır. Söhbət klarnet ifaçısı Hüseyn Məhəmmədoğlundan gedir.
- Suelin adını kim qoyub?
- Vizajist Anar Malik.
- Suelin atası ilə münasibəti var?
- Yox. Atası heç bir aliment də ödəmir. Yalnız bir dəfə Suel bağçaya gedəndə telefonla danışmışdılar. Soruşdu ki, ananın, nənənin sözünə qulaq asırsan? Daha sonra o, ailə həyatı qurdu, övladı oldu. Suel bunu biləndən sonra bir az da ondan uzaqlaşdı. O adamın şou-biznesə bir az yaxınlığı var, amma ona söz vermişəm ki, heç vaxt adını açıqlamayacağam.
- Təranə xanım, hazırda "həyatımın dostu" deyəcəyiniz birinə sahibsinizmi?
- Çox adam məndən soruşur ki, sevgilim var, ya yox? Amma mən artıq sevgililik dönəmini çoxdan keçmişəm. Yaşıma yaraşmaz. 32 yaşında o insanı tanımışam və hələ də həyatımda çox böyük rolu var. Sağlam düşüncəlidir, çox məsələlərdə mənə məsləhətlər verir, düzgün yola çəkir və buna görə də ona minnətdaram. Düzdür, yaşça məndən kiçikdir, amma düşüncələri çox fərqlidir. Necə deyərlər ağıl yaşda deyil, başdadır. Sizə deyim ki, xüsusilə də həyatımda olduğu üçün o, bir çox xanımlara maraqlıdır. Valideynləri haqqımda bilirlər. Hətta bir dəfə anası mənə zəng edib dedi ki, “dost kimi qalın, çünki o çox böyük əziyyət çəkir. Mən də yeganə oğlumu itirmək, elə vəziyyətdə görmək istəmirəm”. Bilirsiniz, o insan ailə də quracaq, övladları da olacaq, amma mənim kimi qadın onun həyatına heç vaxt girməyəcək.
- Ailə həyatı qurmağına razısınız?
- Subay oğlandır. Mən isə boşanmışam, uşağım var, adım bir neçə nəfərlə hallanıb. Bunları dərk edib anasını çox gözəl anlayıram. Onun valideynləri köhnə düşüncəlidirlər, müasir təffəkkürlə uyğunlaşa bilmirlər. Anlamırlar ki, övladım əgər bu qadınla xoşbəxtdirsə, elə onunla da yaşasın. Hökmən deyil ki, kiminsə qızını alıb gəlin etsinlər. Bundan sonra da başqa-başqa problemlər yaranır. Mən o insanı da, ailəsini də qəbul etdim, amma qarşı tərəf başqa reaksiyalar göstərdi. Elə ona görə də ayrılsaq da bir yerdəyik.
Sevda Bayramova
VİDEO – FOTO: Hüseyn Həsənov