Ağdamda idarə rəisi minaya düşüb - Vəziyyəti ağırdır - FOTO
    • 3-03-2021, 16:21
    • 564

Ağdamda idarə rəisi minaya düşüb - Vəziyyəti ağırdır - FOTO

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi 1967-ci il təvəllüdlü Hafiz Səlim oğlu Əzimzadə rayon ərazisində minaya düşüb.

Bu barədə News24.az-a Ağdam Rayon İcra hakimiyyətindən bildiirlib.

Qeyd edilib ki, minaya düşən H.Əzimzadə ağır yaralanıb:

“Hazırda o, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ola bilsin ki, Bakıda yerləşən xəstəxanalarının birinə gətirilsin”.