Onlara fəxri adlar verildi
    • 4-03-2021, 13:10
    • 559

Onlara fəxri adlar verildi

“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adlar verilib.

Bu barədə News24.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, siyahıda 39 nəfərin adı yer alıb. Onlardan 19-u "Fəxri bədən tərbiyəsi və idman işçisi", 14-ü "Azərbaycan Respublikasının əməkdar məşqçisi", 4-ü "Əməkdar idman ustası", 2-si isə "Respublika dərəcəli hakim" adına layiq görülüb.