Bibisini çəkiclə öldürən gəncə hökm oxundu
    • 4-03-2021, 15:42
    • 434

Bibisini çəkiclə öldürən gəncə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Orxan Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Orxan Allahverdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Allahverdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamıöldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə təqsirli bilinib.

İttihama görə, əvvəllər də məhkumluq həyatı yaşayan, 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev 1958-ci il təvəllüdlü bibisi Afət Allahverdiyevanı küt alətlə (çəkiclə) baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə öldürüb.

Hadisənin tamah niyyəti ilə törədildiyi məlum olub.