Bakıda məktəbli qız itkin düşüb - FOTO
    • 4-03-2021, 16:57
    • 564

Bakıda məktəbli qız itkin düşüb - FOTO

Bakıda 13 yaşlı qız itkin düşüb.

Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Dünyamalızadə Aleksandra dünən axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb.

News24.az xəbər verir ki, A.Dünyamalızadəni görənlərdən 102 xidmətinə və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. 

13 yaşlı Aleksandra Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin şagirdidir.

Yaxınlarının bildirdiyinə görə, ailə üzvləri onu aptekdən dərman almağa göndəriblər və ondan sonra xəbər ala bilməyiblər.