İl ərzində seçilən bu xanımlar mükafatlandırıldı - FOTOLAR
    • 5-03-2021, 15:18
    • 970

İl ərzində seçilən bu xanımlar mükafatlandırıldı - FOTOLAR

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. 

News24.az xəbər verir ki, təşkilatçısı Sədaqət Rəşidqızının və “Mətbuat firması”nın təsis etdiyi tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən və seçilən xanımlara mükafat və hədiyyələr təqdim olunub.


Mükafatlandırma mərasimi mövcud pandemiya dönəminə uyğun təşkil olunub. Mərasim mərhələli şəkildə həyata keçirilib. 

Bu il mükafatlandırılanlar arasında millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, xalq artisti Məleykə Əsədova, Azərbaycan Dövlət Televiziyasının xəbər aparıcısı Alidə Mustafayeva və iş həyatında uğurlar qazanmış digər xanımlar “İlin işgüzar xanımı” adına 

News24.az saytının baş redaktoru Ülkər Qasımova da Jurnalistikada göstərdiyi müstəsna xidmətlərə görə “İlin işgüzar xanımı” mükafatına layiq görülüb.


Tədbirdə həmçinin il ərzində dövlət, mədəniyyət, elm və təhsil sahələrində də uğur qazanan xanımlarda mükafata layiq görülüb.

Qeyd edək ki, ”İlin işgüzar xanımı” mükafatı 14 ildir təqdim olunur.