"Eurovision" qalibləri yenidən bir arada - Bu səbəbə görə...
    • 7-03-2021, 12:48
    • 365

"Eurovision" qalibləri yenidən bir arada - Bu səbəbə görə...

Dövlət Sosial Müdafiə Fondu 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanım pensiyaçıları təbrik edib.

News24.az-ın məlumatına görə, fondun bayram təbriki təşəbbüsünə "Eurovision" Beynəlxalq Mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov da qoşulublar.

Onlar Bakı şəhər sakini, 88 yaşlı Alı baba ilə onun ömür-gün yoldaşı 75 yaşlı Solmaz nənənin evinə baş çəkib, Solmaz nənəni 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik ediblər. Qapısını nə vaxtsa məşhurların döyə biləcəyini təsəvvür etmədiyini deyən Solmaz nənə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, bütün pensiyaçı qadınları bayram münasibəti ilə təbrik edib. Onların hər birinə uzun ömür, can sağlığı arzulayıb.