Bakının bir hissəsində su olmayacaq
    • 23-10-2018, 19:00
    • 1 312

Bakının bir hissəsində su olmayacaq

Bakının bəzi rayonlarında içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə  “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.