10 aylıq uşaq 12 televizor qırdı
    • 8-03-2021, 16:14
    • 430

10 aylıq uşaq 12 televizor qırdı

İngiltərə sakini evə 6 min funt sterlinq ziyan vuran kiçik oğlundan danışıb.

News24.az "The Sun"a istinadən xəbər verir ki, 35 yaşlı çoxuşaqlı ana Şyama Andervud ailəsi ilə İngiltərənin Norsampton şəhərində yaşayır.

Kiçik oğlu - üç yaşındakı Cekson-Karter 10 aylıq olarkən ilk dəfə gəzib və o gündən də valideynlərinin əzabları günləri başlayıb.

Uşaq krem qablarını sıxır, unutaz və paltaryuyan maşına dırmaşır. O, bu günə qədər 12 televizor da qırıb. 3 yaşlı uşağa görə hamamı iki dəfə su basıb. Övladı haqda danışan ana bildirib ki, bütün baş verənlərə gülmək məcburiyyətindədir əks halda ağlamalı olacaq.

Dörd uşaq anası Cekson-Karteri bir an belə tək qoymur. Yoxsa körpə yeni dağıntılar törədə bilər.