-
- 9-03-2021, 15:56
- 536
“Petrosyanın əsas məqsədi Rusiyanın dəstəyini qazanmaqdır” – ŞƏRH
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan dərhal istefa verməyi tələb edən Baş qərargahı və onun rəisi Onik Qasparyanı dəstəkləyib. O, “ilur.am” saytında dərc edilən məqaləsində generalların “dövlətçilik mövqeyindən çıxış etdiyini” bildirib.
Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü yazır. “Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir”,- o vurğulayıb.
Politoloq Cümşüd Nuriyev məsələnin detallarını News24.az-a danışıb.
O bildirib ki, Levon Ter-Petrosyanın Onik Qasparyanı dəstəkləməsində xüsusi maraq var: “Çünki o, qorxur ki, yenidən Qarabağ klanı güclənə bilər və Rusiya keçmiş prezident Robert Köçəryanı hakimiyyətə gətirmək istəyər. Ter-Petrsoyanın hazıda əsas məqsədi Rusiyanın dəstəyini qazanmaqdır. Rusiya birmənalı şəkildə Paşinyandan qutulmaq istəyir, ancaq gücü çatmır. Çünki Amerika buna icazə vermir. Amerikanın Ter-Petrosyana olan münasibəti o qədər də pis deyil. Paşinyan isə özü-özünü idarə etmir. Siyasətçi kimi o, sıfırdır. Amma Nikolun çox yaxşı müəllimləri var. Bu müəllimlər isə Qərbdə və Amerikada oturublar”.
C.Nuruyevin fikrincə, Ermənistan bir dövlət kimi Qarabağdan qurtulmaq istəyir: “Bunu da Paşinyanın əli ilə etmək istəyirlər. Qarabağ Ermənistana ağır yük kimi görünür. Ter-Petrosyan başda olmaqla Ermənistanın keçmiş prezidentlərinin fikirləri Azərbaycanı məcbur edəcək ki, yeni bir anti-terror əməliyyatı keçirsin. Azərbaycanın bu əməliyyatı keçirəcəyini gözləyirəm. Meşə yarpaqlaşmamış, xüsusilə, Xocalı istiqamətində biz bunu görə bilərik. Ermənistan çox gözəl başa düşür ki, Azərbaycan Ordusu hazırda yüksəkdədir, dövlət başçımıza xalqdan dəstək var və arxamızda Türkiyə, Pakistan kimi güclü ölkələr dayanıb”.
Ermənistan gözləyir ki, Azərbaycan hansısa səhvə yol versin. Xüsusilə, qarşıdurma zamanı rus əsgəri ölsün və Azərbaycan Rusiya ilə üzbəüz qalsın. Ancaq Azərbaycan Rusiya ilə üz-üzə qalmayacaq. Həmçinin, öz işini də görəcək".
С.Nuriyev hesab edir ki, Ter-Petrosyan nə qədər desə də, Paşinyan istefaya getməyəcək: "Çünki Ermənistan xalqı Paşinyanın yanındadır. Onik Qasparyana gəldikdə isə o, Rusiyanın baş kəşfiyyat idarəsinin adamıdı. Qərargah rəisinin hakimiyyətə tabe olmaması özbaşına deyil. O, istənilən vaxt işindən azad edilə bilər. Ancaq Ermənista prezidenti həddən artıq qorxaqdır. O, Ermənistanın İngiltərədə səfiri olub. Bundan əlavə, “Daşnaksütyun” və “ASALA” təşkilatlarının onu öldürmə ehtimalından çox qorxur. Yəni öz canının dərdindən Ermənistanın maraqlarını satır. Ter-Petrosyan “Daşnaksütyun”la kifayət qədər yaxındır. Çünki ASALA Suriyada formalaşıb və əksəriyyəti ərəbdillidir. Ter-Petrosyanın ASALA ilə heç bir problemi yoxdur, ancaq onun terrorçu qrup olduğunu çox yaxşı bilir və çalışır ki, onların əli ilə nəsə etsin. Paşinyanı Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqat Bürosu (FBI) qoruyur. Ona görə də yaxın zamanda Paşinyanın istefaya gedəcəyi gözlənilmir. Nikol elə bir həyasız adamdır ki, özü bu yola əla atmaz. Ancaq lap o istefa vermək istəsə, belə buna icazə verilməyəcək. Yeganə bir yol var ki, onu öldürsünlər”.
Siyasət şöbəsi