-
- 1-03-2021, 12:23
- 686
“Ermənistanda ikihakimiyyətlilik yarana bilər” - POLITOLOQ
“Ermənistanda ikihakimiyyətlilik yarana bilər”.
Bunu News24.az-a açıqlamasında politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün sabahkı mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası da var: “1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sərkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı. Kreslosunu yerlisi Sərkisyana ötürən Robert Köçəryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu.
Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı. Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci il qətliamına əmr verənləri həbs etməyə başladı. Şübhə etmirəm ki, Nikol Paşinyan sabah bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək. Oyunçu aparsın, biz də Ermənistandakı serialın davamını izləyək!”
Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistan müxalifəti əlacsız qalıb «Venesuella modelini» tətbiq etməyə çalışa bilər: “Yəni Paşinyanın dirəndiyini və istefa verməyəcəyini anlayan müxalifət paralel stukturlar və meydanda müvəqqəti hökumət formalaşdıra bilər və sonra da dövlət stukturlarına, o cümlədən baş qərargah rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin! Venesuellada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü, iqtisadiyyatı yerlərdə sürünür”.
Siyasət şöbəsi