“Üzdəniraq feministlərin tələbləri...” - DEPUTAT
    • 9-03-2021, 13:40
    • 522

“Üzdəniraq feministlərin tələbləri...” - DEPUTAT

 “Ailənin birinci müqəddəs vəzifəsi nəslin artırılmasıdır. İstanbul Konvensiyasına uyğun yeni Ailə Məcəlləsinin qəbul edilməsi ilə bağlı bizə təkliflər verilir. BMT Azərbaycana İstanbul Konvensiyası ilə bağlı ultimatumlar göndərir. Bunu qəbul etmirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat Rusiyanın da bu təklifləri qəbul etmədiyini xatırladıb: “Ancaq nə üçün Avropa Şurası, BMT bu məsələdə bizə təkid edir. Nə üçün Azərbaycanda feministlər Sumatra adası modelini götürmürlər, ancaq Qərb dəyərlərini götürürlər. Çünki onlar bizim ailə dəyərlərimizi məhv etmək istəyirlər. İstanbul Konvensiyasına uyğun olaraq, Azərbaycanda Ailə Məcəlləsinə dəyişik edilməsi yolverilməzdir. Dini qurumlara çağırış edirəm, Azərbaycanda ailə dəyərlərini qorumaq üçün lazımı işləri görsünlər. Bunun qarşısında duruş gətirmək lazımdır. Üzdəniraq feministlərin tələblərini yerinə yetirmək mümkün deyil. İstanbul Konvensiyasını ilk olaraq Türkiyə qəbul edib. Nə dəyişdi? Türkiyədə zorakılıqmı aradan qalxdı? Biz bu cür qanunlarla Ailə Məcəlləsinə dəyişiklik edə bilmərik. Bu, yolverilməzdir”.

Millər vəkili Prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə bağlı tədbirdəki çıxışında Azərbaycanda ailə dəyərləri barədə ətraflı danışdığını da xatırladıb. / Unikal.org/