Rəqqasələrdən Xatunun “yalan deyən rəqqasədir” sözlərinə - REAKSİYA
    • 13-07-2018, 14:17
    • 2 555

Rəqqasələrdən Xatunun “yalan deyən rəqqasədir” sözlərinə - REAKSİYA

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal yaşanıb. 

F.Fətəliyevaya status həsr edən müğənni “yalan deyən rəqqasədir” sözlərindən istifadə edib. 

X.Əliyevanın işlətdiyi bu ifadəyə rəqqasələrdən münasibət aldıq. 


İlk olaraq xalq artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və ansamblın baletmeysteri Təranə Muradova ilə əlaqə yaratdıq:

“Müğənni Xatun kimdir? Bağışlayın, amma mən onu və bir çoxlarını tanımıram. Yalnız, dövlət səviyyəsində və dövlət səhnələrində çıxış edənləri tanıyıram”. 


Əməkdar artist Aliyə Ramazanova da X.Əliyevanın sözlərinə münasibət bildirdi:

“Bilirsiniz, indi hər kəs ağlına nə gəlirsə, onu da danışır. O vaxtlar rəqs aləmimizin çox gözəl bəstəkar və baletmesterlərlə əlaqələri olub. Onlarla bərabər ölkələri gəzmişik. Milli rəqslərimiz Üzeyir bəyin vaxtından indiyədək xalqın içindən götürülüb. Bunlar əldəqayırma və özbaşınalıq deyil. 

Əgər rəqsdən başı çıxmayan adam nəsə danışırsa, bu boş sözdür. Birindən xoşu gəlmir, başlayır hamısını pisləməyə”.



Rəqqasə Aytən isə qalmaqala belə aydınlıq gətirib:

“O həmin sözü bütün rəqqasələrə aid etməyib axı. Yəqin həmin adamdan yalan görüb, ona görə də yazıb. Xatunu hələ o, müğənni olmamışdan öncə tanıyıram”.


Rəqqasə Renka Xatunun sözlərini ona yaraşdırmadığını dedi:

“Xatundan belə bir şey gözləməzdim. Daha dəqiq desəm, bu sözləri ondan eşitmək istəməzdim. Əgər rəqqasə pisdirsə, o zaman toylarda niyə oynayırlar? O zaman başınızı salın aşağı, rəqs etməyin. Maşallah, nə vaxt görürəm məndən yaxşı burcudur, oynayır”. 


Məsələyə fikir bildirməyib neytral mövqedə qalan rəqqasə isə Zara oldu:

“Mən nə Xatuna, nə də Fatiməyə irad bildirmək istəmirəm. Ona görə də neytral mövqedə qalıram”.


Teymur Məmmədov