Ukraynalı Alyona ilə gədəbəyli Ramizin həyat dramı - FİLM KİMİ
    • 24-10-2018, 11:00
    • 1 296

Ukraynalı Alyona ilə gədəbəyli Ramizin həyat dramı - FİLM KİMİ

Ukraynanın Luqansk vilayətində uzun zamandır ayrı - ayrı vaxtlarda itkin düşən iki müxtəlif, bir – birlərinə yad gənc birgə aşkar olunub.
Open.az-a daxil olan əhvalata görə, bunlar əslən Azərbaycanın Gədəbəy rayonundan olan, 1984-cü il təvəllüdlü Dədəyev Ramiz Rafiq oğlu və əslən Luqansk vilayəti Kamennobrodskiy rayonundan olan, 1986-ci il təvəllüdlü Qriçuk Alyona Vladimrovnadır.
Ramiz 2017-ci ilin fevralında Luqansk yaxınlığında həmyerliləri ilə birgə avtomobillərinə silahlı hücumdan sonra yoxa çıxıb. Alyona isə 2016-cı ilin sonunda doğulduğu rayonda silahlı insident zamanı qaçırılıb və ondan sonra bir daha xəbər olmayıb.
Hər iki gəncin təsadüf nəticəsində Ramizin yaxınları tərəfindən Luqanskın Jovtneviy rayonu ərazisində çoxdan dağılmış bir kənddə birgə yaşadıqları aşkar olunub və tapılıblar.
Məlum olub ki, Ramiz həmin vaxt avtomobillərinə olan silahlı hücum zamanı ağır yaralanır və basqınçılar onu ölmüş bilirlər. Onu hadisədən sonra yoldan keçən avtomobil xəstəxanaya çatdırsa da üstündə şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayan azərbaycanlının uzun müddət huşu da özündə olmur. Amma xoşbəxtlikdən həmin ərəfədə onunla birgə xəstəxanada yatan yerli millətə mənsub gəncin valideynləri onun da müalicəsi təşkil olunur. Tezliklə sağalan, amma hələ də yaddaşında problem olan azərbaycanlı nədənsə təkbaşına xəstəxanadan ayrıla bilir. O uzun müddət Luqanskın bir neçə kəndlərində “BOMJ” həyatı yaşayır. Nəhayət ukraynalı bir fermer onu Jovtneviy rayonu ərazisində yerləşən donuz fermasında çoban kimi işə götürür. Yaddaş zəifliyinin onun iş qabiliyyətinə təsirindən narahat olan ukraynalı fermer Gennadi Brik eyni zamanda hətta onun yenidən müalicəsini də təşkil edir.
Gündəlik iş rejimi, normal həyat tərzi və aldığı müalicə azərbaycanlının səhhətində xeyli irəliləyişə səbəb olur. Amma buna baxmayaraq o hələ də nə yaxınlarının mobil nömrəsini, nə də hər hansı bir əlaqə vasitələrini xatırlamır. Ümumiyyətlə bu bölgə uzun zamandır münaqişə bölgəsi olduğu üçün o, yaxınlarının artıq burada yaşamayaraq ölkədən qaçqın düşdüklərini də ehtimal edir.
Bu ərəfədə Ramizin tez-tez çalışdığı ferma sahibinin sifarişləri üçün baş çəkdiyi yaxınlıqdakı qəsəbədə bir gün bir istirahət kompleksinin qarşısında iştirakçısına çevrildiyi insident onun həyatında yeniliyin əsasın qoyur. Belə ki, həmin gün rayon bazarında fermaya qayıdan Ramiz istirahət komleksinin həyətində dəhşətli qadın bağırtısı eşidir. Marağına güc gələ bilməyən həmyerlimiz içəri girir və bir qadınla bir kişinin gənc bir qızı amansızcasına döydüyünün şahidi olur. Kifayət qədər fiziki gücə malik olan azərbaycanlı gənc, qadını və kişini zərərsizləşdirə, qızı isə onların əlindən xilas edə bilir. Qız onu oradan təcili uzaqlaşdırmağı azərbaycanlıya yalvararaq bildirir ki, əks halda burada həyatının sonu olacaq. Qızı obyektdən uzaqlaşdıran Ramiz onu fermaya gətirir. Sahibi ilə birgə öyrənirlər ki, Qriçuk Alyona Vladimorvna adlı qız yaraqlılar tərəfindən qaçırlaraq obyekt sahifinə verilib və orada məcburi əməyə cəlb olunurmuş. Onu döyənlər isə obyekt sahibinin qohumları olub ki, onlar da onu oğurlqda ittiham ediblər. Lakin Alyona and - aman edərək onun heç vaxt oğurluq etmədiyini, sadəcə onu döyən cütlüyün kifayət qədər içkili olduğunu, tez-tez obyektdə saxladıqları silahla adam öldürdüklərini bildirir. Ramiz sahibinə onu döyənlərin həqiqətən xeyli içkili olduğunu və qızı ölümünə döydükərini təsdiq edərək onun burada qalmasını xahiş edir. Sahibi Genaddi razılaşır. Bir müddət fermada yaşayan Alyona ilə Ramiz arasında isti münasibət yaranır. Onlar evlənirlər. Fermer Gennadi onlar üçün kiçik bir ev də tikir. 3 ay əvvəl uzun müddətdən sonra Luqanska gəzməyə gələn cütlük təsadüfən Ramizin həmyerliləri ilə rastlaşırlar. Onlar Ramizə uzun zamandır onun itkin elan edildiyini və yaxınları tərəfindən axtarıldığını bildirirlər. Ona təcili Kiyevə getməsini və artıq ora köçən, onu itkin kimi axtaran qardaşı və digər qohumları ilə görüşmələrini tövsiyə edirlər. Fermaya qayıdaraq sahibinə vəziyyəti bildirən, hətta ondan maliyyə dəstəyi alan Ramiz Alyonanı da götürərək Kiyevə gəlir. Burada bir- neçə gündən sonra təsadüf nəticəsində Kiyevdə “SOCAR” yanacaq doldurma məntəqələrinin birində çalışan Alyonanın anası ilə də rastlaşırlar. Məlum olur ki, münaqişə nəticəsində Alyonanın ailəsi Kiyevə köçüb və o vaxtdan burada yaşayırlar.
Hazırda yaxınları tərəfindən aşkar olunan hər iki gənc Luqansk şəhərinə dönərək orada yaşayır, yaxınların dəstəyi ilə öz kiçik bizneslərini qura biliblər.
Qeyd edək ki, qeyd olunan ərazi 2014-cü ildən münaqişə bölgəsidir və tanınmayan “Luqansk Xalq Respublikası”nın silahlılarının nəzarətindədir.