Şəmkirdə silahlı İNSİDENT
    • 4-05-2020, 20:19
    • 887

Şəmkirdə silahlı İNSİDENT

Şəmkirdə silahlı insİdent baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaranü kəndində qeydə alınb.

kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi - 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.

Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub.