Bakıda musiqi məktəbi KARANTİNƏ BAĞLANDI - EKSKLÜZİV
    • 10-03-2021, 15:06
    • 528

Bakıda musiqi məktəbi KARANTİNƏ BAĞLANDI - EKSKLÜZİV

Paytaxtda COVİD-19 infeksiyasına yoluxma halının qeydə alınması səbəbindən bir musiqi məktəbi karantinə alınıb. 

News24.az-a daxil olan məlumata görə, bu Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbidir. 

Belə ki, qeyd olunan musiqi məktəbində bir neçə müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub və bu səbədən də müəllimlər tədrisi onlayn olaraq davam etdirəcək. 

Onu da qeyd edək ki, 6 nömrəli musiqi məktəbi təmirdə olunduğundan, bir müddətdir ki, 6 nömrəli musiqi məktəbinin müəllimləri dəsrləri Bakıda fəaliyyət göstərən M.N.Tusi adına 173 saylı tam orta məktəbdə keçirdilər. Məktəbin nəzdində 6 nömrəli musiqi məktəbinə ayrılan hissə karantinə alınıb. Məktəb isə əyani təhsilini davam etdirir. 

6 saylı musiqi məktəbi iki həftə kranatin qaydalarına uyğun olaraqdistant təhsillə fəaliyyətini davam etdirəcək.