Teatrlar nə vaxt açılacaq? - AÇIQLAMA
    • 10-03-2021, 17:13
    • 706

Teatrlar nə vaxt açılacaq? - AÇIQLAMA

“Teatrımız üçün çətin bir dönəmdir.  Buna rəğmən, nazirlik olaraq teatr xadimlərimizi heç vaxt yaddan çıxarmırıq. Bu gün də tədbir keçirərək, onların fəaliyyətini qiymətləndirmək istədik”.  

News24.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü ilə bağlı düzənlədikləri tədbirdə bildirib.

Nazir pandemiya ilə əlaqədar qapısı bağlı qalan teatrların nə vaxt açılacağından da danışıb: “Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir. Bildiyiniz kimi, müntəzəm olaraq pandemiya ilə bağlı dinamika nəzərdən keçirilir. Bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələr davam etdirilir. Təbii ki, bununla bağlı Mədəniyyət Nazirliyinin də rəyi soruşulur. Biz də bu yöndə müzakirələr aparırıq. Yoluxmanın dinamikası aşağı endiyi halda, teatrları açacağıq”.

Nazir bu məsələdə beynəlxalq təcrübədən yararlanacaqlarını bildirib: “Bilirsiniz ki, muzeylərimiz açıqdır. Karantin qaydalarına riayət etməklə fəaliyyət göstərir. Teatrlar da açılarsa, bu məsələlərə ciddi riayət olunacaq. Bununla bağlı beynəlxalq təcrübələrdən yararlanacağıq. Bilirsiniz ki, bəzi yoluxma sayı azalan ölkələrdə artıq teatrlar fəaliyyətə başlayıblar. Onlar zaldakı oturacaqlarda müəyyən məhdudiyyət və sosial məsafə saxlamaqla fəaliyyət göstərirlər. Bizdə də belə bir qərar qəbul edilsə, müəyyən məhdudiyyətlər, sosial məsafə nəzərə alınacaq”. Teatrlar ilin sonunadək açıla bilərmi” sualına isə nazir “Ümid edirik ki, açılacaq” deyə cavab verib.