Azərbaycanda 302 sinif KARANTİNƏ BAĞLANDI - RƏSMİ
    • 10-03-2021, 17:15
    • 470

Azərbaycanda 302 sinif KARANTİNƏ BAĞLANDI - RƏSMİ

“Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib”.

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


Nazirliyin sözçüsü yoluxma ilə əlaqədar distant təhsilə keçən məktəblərin siyahısını açıqlayıb: “22 fevral - 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Ağdam rayonu 19 nömrəli  və Əfətli kənd,  Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli,  Mingəçevir şəhər  N.Nərimanov adına 1 nömrəli, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd  və  Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir. 

Daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və Qaradağ rayonu Lökbatan qəsəbəsi 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir”.

Məhərrəm Əliyev