-
- 10-03-2021, 18:08
- 338
İki rəfiqənin intiharının TƏFƏRRÜATI - "YÜKSƏKLİKDƏ SELFİ ÇƏKDİRMƏK İSTƏYİBLƏR..." - VİDEO
Dünən Bakıda intihar etdiyi deyilən iki şagirddən biri– Mətanət Quliyevanın atası Elşən Quliyev açıqlama verib.
News24.az Baku TV-yə istinadən xəbər verir ki, E.Quliyevin sözlərinə görə, qızı və onun rəfiqəsi Əfruz binanın damına şəkil çəkdirmək üçün çıxıblar: “3 övladım var, Mətanət sonbeşikdir. Uşaqlar mehriban olublar, intihar etməyiblər. Qəsəbənin görünütüsünü çəkmək üçün hündürlüyə çıxıblar. Biri sürüşüb yıxılanda o biri də onu tutmaq istəyib və o da yıxılıb”.
E.Quliyev qeyd edib ki, qızların intihar etməsi ilə bağlı hazırda hər hansı sübut tapılmayıb: “İndi ehtimal budur ki, selfi çəkmək istəyərkən bu hadisə baş verib”.
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini atıblar.