-
- 10-03-2021, 20:05
- 852
"Evdə oturmaq bizi depressiyaya saldı" - TEATRSIZ QALAN AKTYORLAR
Bu gün Azərbaycan teatrı yaranmasının 148-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Amma çox təssüflər olsun ki, artıq bir ildir seyirçilər sevdikləri məkanlara həsrət qalıblar. Məlum pandemiya səbəbindən teatrlarımız öz qapılarını tamaşaçıların üzünə aça bilmir. Sözsüz ki, bunun ağrısını və həsrətini daha çox aktyorlar çəkir. Yəni səhnə üçün ən çox darıxanlar məhz onlardır.
Amma bu gün aktyorlarımız unudulmadı. Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onların özəl günü ilə bağlı tədbir keçirildi. Mədəniyyət xadimləri təbrik edilib, mükafatlandırıldı.
Xalq artisti Həmidə Ömərova News24.az-a açıqlamasında səhnə üçün çox darıxdığını dedi: "Bu gün tək bizim yox, bütün teatrsevərlərin bayramıdır. Düşünürəm ki, onlar bizdən çox teatr üçün darıxıblar. Amma inanın ki, bizim də səhnə üçün burnumuzun ucu göynəyir. Bilirsiniz ki, mən 8 ildir Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında fəaliyyət göstərmişəm. Pandemiyadan öncə Ejen İaneskonun "Stullar" tamaşasını hazırlayıb nümayış etdirdik. Daha sonra xaricə səfərə hzırlaşırdıq, amma məlum səbəblərdən alınmadı. Ümid edirəm ki, hər şey düzələndən sonra xaricdə yaşayan həmyerlilərimizi sevindərə biləcəyik. Pərəstişkarlarımla mütəmadi olaraq söhbət edirik, görüşürük və hər biri darıxdığını dilə gətirir. İlk növbədə özümə, daha sonra isə tamaşaçılarıma səbir diləyirəm".
H. Ömərova canlı ünsiyyətin yerini heç nə vermədiyini dedi: "Bir müddət teatrlar distant şəkildə fəaliyyət göstərdi, tamaşalar sosial şəbəkələrə yüklənirdi, amma inanın ki, bunların heç biri canlı ünsiyyətin yerini vermir. Səhnədə sən kino meydançasından fərqli olaraq tamaşaçının nəfəsini hiss edirsən. Hətta üzüm seyrçiyə tərəf olmasa da, onun həyəcanını, heyranlığını duyuram. Biz onlar üçün obrazı ifa edirik, amma onlayn şəkildə o təması yaratmaq mümkün deyil".
Xalq artisti Qurban İsmayılov da həsrətini bizimlə bölüşüb: "Bir ildir ki, işimiz dayanıb. Ancaq serialda rol alıram. Yaxşı ki, heç olmasa o var. Yoxsa aktyor kimi vərdişlərimiz də itərdi. Ümid edirik ki, teatrlarımız tezliklə fəaliyyət göstərəcək, heç olmasa məşqlərimizi edə bilərik. Canlı ünsiyyətin tam başqa bir yeri var. Xüsusilə də, teatr aktyorları üçün təmas hava və su qədər gərəklidir. Amma indi çox əfsuslar olsun ki, insanlarda canlı ünsiyyətə qarşı qorxu yaranıb. Aktyor heç olmasa ayda üç, dörd dəfə seyirçi ilə təmasda olmalıdır. İndi hər kəsdə psixoloji basqı var. Hələ ki, onlayn gedən tamaşalarda rolum yoxdur, amma bu müddət uzansa yəqin ki, o da olacaq. Həmkarlarımızı ancaq maskada görürük, hətta elə olur ki, bir-birimizi tanımırıq, inanın. (gülür) Bütün həmkarlarımı və teatrsevərləri bu bayram münasibətilə təbrik edirəm. Azərbaycan teatrının çox zəngin tarixçəsi var. Teatr hər bir xalqda olmur, yalnız seçilmişlərdə olur. Bilirsiniz ki, Şərdə ilk teatr məhz Azərbaycanda yaranıb. Bu, dunya üçün çox böyük uğurdur. Mütləq şəkildə bu mövzuda təbliğat aparılmalıdır".
Əməkdar artist Sənubər İsgəndərli uzun müddət sonra həmkarları ilə bir araya gəldiyinə görə məmnun olduğunu bildirib: "Yaxşı ki, bayramımız var, heç olmasa, bu şəkildə bu gün görüşə bildik. Amma əsl bayram teatrlarımızın qapılarının açıldığı gün olacaq. Aktyorlar futbolçular kimidir, daima aktiv və formada olmalıdır. Biz hər an, hər şeyə hazır olmalıyıq. Məşqlər, tamaşalar, yeni ideyalar, axtarışlar. Bir il evdə oturmaq bizi əməlli-başlı depressiyaya saldı. Yadınıza gəlirsə bir müddət öncə teatrların bağlı olması ilə bağlı bir fikir yazmışdım. İnanın, onu qələmə alanda çox böyük stressdəydim. Allah sənətkarlarımıza can sağlığı, uzun ömür versin. Ümid edirik ki, teatrların pərdələri açılanda məhz o sənətkarlar orda çıxış edəcəklər. Çünki, itirə-itirə gedirik, yeri dolmayanlar var".
Qeyd edək ki, 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 Mart - Milli Teatr Günü kimi qeyd edilir.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov