Paşinyanın istefası tələbi ilə növbəti yürüş keçirilir
    • 10-03-2021, 19:53
    • 531

Paşinyanın istefası tələbi ilə növbəti yürüş keçirilir

Yerevanın mərkəzi küçələrində müxalifət və onun tərəfdarları Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçirir.

News24.az erməni mediasına istinadən xəbər verir ki, yürüş iştirakçıları hökumət binasına doğru istiqamətləniblər. Bundan sonra etirazçılar Baqramyan prospektinə qayıdacaqlar.

“Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyanın sözlərinə görə, müxalifət Dəmirçiyan küçəsini və Baqramyan prospektini bağlamağa davam edəcəklər.