Qanunsuz ov edən şəxslər cəzalandırıldı
    • 11-03-2021, 11:50
    • 460

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhər sakinləri Mirsəməd Abbasov, Elxan Qubadov, Xaçmaz rayon sakini Elçin Haqverdiyev, Ruslan Qəhrəmanov, Muxtar Şirinov, Asif Mürsəliyev, Şabran rayon sakini Rəvan Məlikov, Qubadlı rayon sakini Ömər Mehralıyev, Sabirabad rayon sakinləri Mircəfər Ağayev, Pərviz Sadıqov, Elman Soltanov, Sərxoş Zeynalov, Yevlax rayon sakini Ruslan Cəfərov və Elşad Mehdiyev qadağan olunmuş vaxtda ov etdiklərinə görə saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib. 

News24.az xəbər verir ki, o qeyd edib ki, Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Mingəçevir  su anbarında və Baş Mil-Muğan Kollektorunun Neftçala rayonu Yeniqışlaq kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan Bakı şəhər sakini Əmiraslan Hüseynov, Yevlax rayon sakinləri Xaləddin Əliyev, Mənsur Məmmədov və Neftçala rayon sakini Fuad Həziyev saxlanılıb və barələrində protokol tərtib edilib.