Fəzail Ağamalı: “Normal həyata qayıtmağı həsrətlə gözləyirəm”
    • 12-03-2021, 12:26
    • 620

Fəzail Ağamalı: “Normal həyata qayıtmağı həsrətlə gözləyirəm”

“Tezliklə pandemiya bəlasından qurtulmaq istəyənlərdən biri də mənəm”. 

Bunu News24.az-a açıqlamasında Millət vəkili Fəzail Ağamalı deyib.

O, ictimai nəqliyyatın açılmasının tərəfdarı olduğunu bildirib: “Normal həyata qayıtmağı çox böyük həsrətlə gözləyən insanlardan biriyəm. Metronun qapalı qalması Operativ Qərargahın qərarı olduğu üçün bizim də borcumuz buna hörmət etməkdir. Ancaq elə etmək lazımdır ki, bu virus daha da yayılmasın, insanlarımız sosial-izolyasiya qaydalarına riayət etsin və vətəndaşlarımız vaksinləşməyə xüsusi həvəs göstərsin. Qaydalara əməl etsək, lənətə gəlmiş bu bəladan qurtula bilərik. Belə olan halda əvvəlki həyatımıza da qayıda biləcəyik”. 

Məhərrəm Əliyev