Ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO
    • 12-03-2021, 16:43
    • 545

Ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı erməni hərbi birləşmələrinin ataraq qaçdığı 20 ədəd “SPİKE” markalı tank əleyhinə idarəolunan raket kompleksi, 2 ədəd “SPQ-9” markalı tank əleyhinə raket kompleksi, 11 ədəd müxtəlif markalı piyada əleyhinə raket kompleksləri, 2 ədəd qumbaraatan, 78 ədəd qumbaraatan mərmisi, 6 ədəd avtomat sandığı və 330 ədəd pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.