Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO
    • 11-03-2021, 11:55
    • 458

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.