-
- 12-03-2021, 16:59
- 413
Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İBRAHİM MƏMMƏDOVDAN AÇIQLAMA
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.
Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
News24.az xəbər verir ki, "Azxeber.com" sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.Qurumun sözçüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
"Martın 13-də Operativ Qərargahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.