Mağazanı soydu, sonra yandırdı
    • 22-06-2018, 17:55
    • 1 232

Mağazanı soydu, sonra yandırdı

Gəncə şəhəri ərazisindəki kompyuter satışı mağazalarının birindən pul oğurlanıb və orada yanğın törədilib.

Mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompyuter və onun hissələrinin yandırıldığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.



//Qafqazinfo.az