Lənkəranda Qarabağ qazisi bıçaqlandı

Lənkəranda Qarabağ qazisi bıçaqlandı Hadisə
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, Lənkəran şəhər sakini, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/